EN

“Kayrat” – “Real” matçının bilet satışına məhdudiyyət qoyulacaq

Bakı. Trend:

Sentyabrın 23-dən etibarən Qazaxıstanda “Kayrat” klubununÇempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Real”a qarşıkeçirəcəyi matçın biletləri satışa çıxarılacaq.

Trend xəbər verirki, bu barədə Qazaxıstanın futbol klubunun mətbuat xidməti məlumatyayıb.

Məlumata görə, biletlərin satışı ilə bağlı müəyyənməhdudiyyətlər tətbiq olunacaq. Belə ki, bir şəxsə ikidən artıqbilet satılmayacaq.

Bilet almaq istəyən şəxslər pasport məlumatlarını və ya fərdiidentifikasiya nömrəsini təqdim etməli olacaqlar. Həmin məlumatlarstadionun girişində yoxlanacaq.

Bundan əvvəl, Qazaxıstan polisi sözügedən matç üçün biletlərinsatışı zamanı dələduzluq hallarının artacağı riski ilə bağlıxəbərdar etmişdi.

Qeyd edək ki, matç sentyabrın 30-da 23,8 min nəfər tutumu olanMərkəzi stadionda keçiriləcək.

Chosen
31
3
az.trend.az

4Sources