EN

Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq

Rusiya qazının Gürcüstan üzərindən Ermənistana tədarükü Rusiyanın Stavropol diyarında qaz kəmərinin təmiri ilə əlaqədar dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" şirkəti məlumat yayıb.

Məlumata görə, işlər sentyabrın 16-dan sentyabrın 26-dək "Şimali Qafqaz - Zaqafqaziya" qaz kəmərində aparılacaq. pizza hut

Şirkət əmin edib ki, bu müddət ərzində Ermənistanda istehlakçılara fasiləsiz qaz tədarükü həm daxili ehtiyatlar, həm də İrandan tədarük hesabına təmin olunacaq./Oxu.az


Telegram kanalımız
Chosen
86
4
yenisabah.az

6Sources