Rusiya qazının Gürcüstan üzərindən Ermənistana tədarükü Rusiyanın Stavropol diyarında qaz kəmərinin təmiri ilə əlaqədar dayandırılacaq.
Moderator.az bildirir ki, bu barədə "Qazprom Ermənistan" şirkəti məlumat yayıb.
Məlumata görə, işlər sentyabrın 16-dan sentyabrın 26-dək "Şimali Qafqaz - Zaqafqaziya" qaz kəmərində aparılacaq.
Şirkət əmin edib ki, bu müddət ərzində Ermənistanda istehlakçılara fasiləsiz qaz tədarükü həm daxili ehtiyatlar, həm də İrandan tədarük hesabına təmin olunacaq.