EN

“Karvan-Yevlax” Yevlaxa nə vaxt dönəcək? - PFL-in təftiş qrupu ora da gedir

Premyer-liqanın debütantı “Karvan-Yevlax” stadionu hazır olmadığına görə müvəqqəti Şamaxıda oynayır. Yevlax təmsilçisi artıq iyuldan şəhər stadionunda bərpa işlərinə başlayıb.

“Karvan-Yevlax” nə vaxt doğma stadionda oynaya biləcək? Klubun mətbuat xidməti “Football-plus.az”a PFL-in təftiş qrupunu gözlədiklərini demişdi.

Qurumun Media və marketinq direktoru Sənan Abdullayev hələ ki heç nəyin dəqiqləşmədiyini, sentyabrın 16-da olacaq təftiş zamanı vəziyyətin aydınlaşacağını bildirdi.

MÜZƏFƏR QULUZADƏ

Chosen
70
1
football-plus.az

2Sources