EN

FHN-in Bakı Regional Mərkəzi tərəfindən obyekt mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində obyekt mülki müdafiə məşqi təşkil edilib.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən Missiya.Az-a verilən məlumata görə, məşqin keçirilməsində məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Məşqdə ümumilikdə 6 texnika və 42 nəfərdən ibarət şəxsi heyət iştirak edib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Chosen
17
1
missiya.az

2Sources