GƏNCƏ, 15 sentyabr. TELEQRAF
Gəncədə bıçaqlanma hadisəsi olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1996-cı il təvəllüdlü Cavid Kərimov bıçaq yarası ilə xəstəxanalardan birinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
İlkin məlumata görə, C. Kərimov dostu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma başlanılıb.