EN

Azərbaycanlı pilot beynəlxalq turnirdə ikinci yeri tutub

Azərbaycanlı yeniyetmə pilot Davin Cəfərov Portuqaliyanın Leiria şəhərində keçirilən turnirdə fəxri kürsüyə qalxıb.

Fanat.Az xəbər verir ki, yarış kəskin döngələrə malik, uzunluğu 1006 metr olan Beynəlxalq Kartodromo de Leiria trekində keçirilib.

Kartinq üzrə X30 kateqoriyasında keçirilən yarışda 18 pilot iştirak edib. Birincilik şansı yüksək olan Davin sonda rəqibindən 0.01 saniyə geri qalıb.

Bu yarışda iÅŸtirakdan sonra DavinÉ™ 26-dan 28-dÉ™k Bombarralda  keçirilÉ™cÉ™k ROTAX kateqoriyasında yarışa dÉ™vÉ™t gÉ™lib.

Davin burada "BirelArt" komandasının tərkibində çıxış edəcək.

Pilotumuz sentyabrın 29-da İtaliyanın Lonato şəhərinə yollanaraq kartinqdə BMB kateqoriyası üzrə keçiriləcək "World Grand Final" birinciliyində qüvvəsini sınayacaq.

Dünya çempionatı 1-5 oktyabrda baş tutacaq. Bu yarışa Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiyadan pilotlar qatılacaqlar.

Chosen
7
6
fanat.az

10Sources