EN

Qarabağ Zəfərinin 5 illiyində İnkişaf Strategiyamızın son 5 illik mərhələsinə qədəm qoyuruq - UNEC rektoru:

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoruprofessor Ədalət Muradov yeni tədris ilinin başlanması və BilikGünü münasibətilə rəsmi sosial hesabındatəbrik paylaşımı edib.

Rektor qeyd edib ki, bu il Azərbaycanın Müzəffər Ali BaşKomandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi QarabağZəfərinin beşinci ildönümünü qeyd edirik. Eyni zamanda, “UNEC-100İnkişaf Strategiyası”nın növbəti, sonuncu beşillik mərhələsinəqədəm qoyuruq:

“Bu yeni tədris ilində əzmlə çalışmağa, yeniliklərə davametməyə, daha böyük nailiyyətlər qazanmağa hazırıq. Beş ildən sonraQarabağ Zəfərinin 10 illiyini UNEC artıq 100 yaşlı, müasir və dahagüclü universitet kimi qeyd edəcəyinə əminəm,” - deyə rektorbildirib.

Rektor UNEC-ə qəbul olmuş I kursları da tələbə adını qazanmalarımünasibətilə təbrik edib:

“...Bu gün sizin həyatınızda yeni, fərqli və gözəl bir səhifəaçılır. Siz yalnız universitetə deyil, böyük gələcək və fürsətlərdünyasına addım atırsınız. UNEC həm də dostluq, liderlik və özünüzükəşf etmə yoludur.

Bu yolda bəzən yorğunluq, bəzən çətinliklər, bəzən şübhələrqarşınıza çıxacaq. Amma çətinliklər sizi qorxutmasın - hər maneəsizi daha da güclü edəcək. Hər zaman inamla irəliləyin! Biz isə hərzaman yanınızda olacaq, hər birinizin özünüzlə gətirdiyinizarzuların, ümidlərin həyata keçməsi üçün durmadan çalışacağıq!”

Yeni dərs ilinin başlanması münasibətilə professor ƏdalətMuradov müəllimlərə, tələbələrə və həmkarlarına möhkəm cansağlığı,böyük uğurlar və qələbələr arzulayıb.

Məqalədə:
Chosen
23
6
az.trend.az

7Sources