EN

Şuşada külli miqdarda silah-sursat aşkarlandı


Şuşada külli miqdarda silah-sursat aşkarlanıb. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb.

Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.

Qeyd edilib ki, göstərilən istiqamətdə DTX-nin əməliyyat-axtarış tədbirləri davam etdirilir.

ZÜMRÜD

Chosen
9
49
baki-xeber.com

10Sources