AZ

Şuşada külli miqdarda silah-sursat aşkarlanıb – BİRGƏ MƏLUMAT VİDEO

Bakı, 15 sentyabr. AZƏRTAC

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Daxili İşlər Nazirliyi (DİN) ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə DTX, DİN və Minatəmizləmə Agentliyinin birgə məlumatında bildirilib.

“Göstərilən istiqamətdə DTX-nin əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - deyə məlumatda vurğulanıb.

Seçilən
29
49
azertag.az

10Mənbələr