EN

Murov Az Terminal heyətini ukraynalı voleybolçu ilə gücləndirib

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

“Murov Az Terminal”ın qadınlardan ibarət voleybol klubu ukraynalı blokçu Viktoriya Mostsitskanı heyətinə cəlb edib.

İdman.biz xəbər verir ki 28 yaşlı idmançı qarşıdakı bir mövsüm ərzində paytaxt təmsilçisinin formasını geyinəcək.

Viktoriya son olaraq Rumıniyada “Ardjeş” klubunun formasını geyinib. Daha əvvəl o, Ukraynanın "Alanta", Çexiyanın "Olomouc" və Polşanın "Jedinka Tarnov" klublarında çıxış edib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
2
icma.az

5Sources