“Murov Az Terminal”ın qadınlardan ibarət voleybol klubu ukraynalı blokçu Viktoriya Mostsitskanı heyətinə cəlb edib.
İdman.biz xəbər verir ki 28 yaşlı idmançı qarşıdakı bir mövsüm ərzində paytaxt təmsilçisinin formasını geyinəcək.
Viktoriya son olaraq Rumıniyada “Ardjeş” klubunun formasını geyinib. Daha əvvəl o, Ukraynanın "Alanta", Çexiyanın "Olomouc" və Polşanın "Jedinka Tarnov" klublarında çıxış edib.
İdman.biz