EN

Azərbaycan və Çin arasında tərəfləri maraqlandıran mövzularda fikir mübadiləsi aparılıb

Bakı. Trend:

Sentyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdəsəfərdə olan Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsininsədr müavini Su Huinin rəhbərlik etdiyi nümayəndə heyəti iləgörüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə spiker Sahibə Qafarova AzərbaycanRespublikası ilə Çin Xalq Respublikası arasında əlaqələrin stratejitərəfdaşlıq səviyyəsinə yüksəlməsindən danışıb.

Spiker bildirib ki, ölkələrimiz arasında bütün sahələrdəəlaqələrin dərinləşməsində və inkişafında dövlət başçıları arasındayüksək səviyyədə həyata keçirilən görüşlərin və imzalanmışsənədlərin mühüm rolu var. Qeyd edilib ki, Prezident İlham ƏliyevinÇinə son dövlət səfəri ikitərəfli münasibətlərin dərinləşməsindətarixi mərhələni təşkil edir.

Qeyd edilib ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıqedir və daim qarşılıqlı dəstək nümayiş etdirirlər. Azərbaycan hərzaman birmənalı olaraq “Vahid Çin” siyasətini və Çinin ərazibütövlüyünü dəstəkləyib. Azərbaycan da Çinin ölkəmizin ərazibütövlüyünə və suverenliyinə dəstəyini yüksək qiymətləndirir vəölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinin maraqlarınımüdafiə edirlər.

Görüşdə Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyasıarasında qurulan müntəzəm təmasların ikitərəfli siyasimünasibətlərin inkişafında rolundan, Azərbaycanın Çin XalqRespublikası sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol”təşəbbüsünü dəstəkləyən ilk ölkə kimi bu istiqamətdə həyatakeçirdiyi layihələrdən, eyni zamanda “Orta Dəhliz”in inkişafıistiqamətində birgə əməkdaşlığın əhəmiyyətindən danışılıb.

Söhbət zamanı iqtisadi, ticarət, humanitar, elm, təhsil,mədəniyyət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsindənməmnunluq ifadə olunub, iki ölkə arasında mədəni və humanitarmübadilənin əsas hərəkətverici qüvvəsi olan Heydər Əliyev Fondu vəXarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasındaəlaqələrin inkişafının ölkələrimizə və xalqlarımıza verdiyitöhfələr vurğulanıb.

Azərbaycan və Çin parlamentləri arasında əməkdaşlığınəhəmiyyətindən danışan spiker Sahibə Qafarova qeyd edib ki, MilliMəclis Çindən olan həmkarları ilə əməkdaşlığın daha dagücləndirilməsinə xüsusi önəm verir. Bu sahədə hər iki ölkəninparlamentində fəaliyyət göstərən qarşılıqlı əlaqələr üzrə işçiqrupları mühüm rol oynayır.

Görüş üçün təşəkkürünü bildirən Çin Xalq Siyasi MəşvərətŞurasının Ümumçin Komitəsinin sədr müavini Su Hui Azərbaycana ilkdəfə səfər etdiyini bildirib və bu barədə təəssüratlarını bölüşüb.Qonaq ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərininkişafı, “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsindəbirgə fəaliyyət, Çin iqtisadiyyatının inkişaf istiqamətləri vəikitərəfli münasibətlərin perspektivləri barədə fikirlərinibölüşüb.

Söhbət zamanı qonaq Çin Xalq Siyasi Məşvərət Şurasının ÜmumçinKomitəsinin fəaliyyəti, strukturu, partiyaların təmsilçiliyi, Çininsiyasi sistemi barədə məlumat verib. O, Azərbaycanın “Vahid Çin”siyasətinə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, qarşılıqlıəlaqələrin perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikirmübadiləsi aparılıb.

Məqalədə:
Chosen
34
28
az.trend.az

10Sources