EN

Londonda ifrat sağçıların yürüşü zamanı qarşıdurma baş verib

ain.az, 525.az saytına istinadən bildirir.

Böyük Britaniyada ifrat sağçı ekstremistlərin paytaxt Londonda təşkil etdiyi nümayişə 110-150 min adam qatılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə London Metropoliten Polisindən bildirilib. Qeyd olunub ki, ifrat sağçı Tommi Robinson tərəfindən çağırılan "Söz Azadlığı Festivalı"nda 110-150 min etirazçı yürüş edib. Belə ki, Robinsonun çağırışı ilə toplaşan on minlərlə ingilis millətçisi bəzi məqamlarda yürüş marşrutundan kənara çıxmaq istəyib və polislə mübahisə edib.

Etiraz marşrutundan kənara çıxanlar polisin xəbərdarlığına qulaq asmayıb, “İrqçiliyə qarşı dur” əks-etiraz qrupunun yerləşdiyi hissəyə getməyə cəhd edib.

Polis ifrat sağçı fəalların bu qrupun “Faşizmə qarşı yürüş”aksiyası keçirdiyi əraziyə daxil olmasına mane olmağa çalışıb. Məmurlara yad əşyalar atılıb, bəziləri isə təpik və yumruqlarla hədəfə alınıb.

Məhəmməd Tağıyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
525.az

1Sources