EN

İraqın Baş naziri kollektiv təhlükəsizliklə bağlı təklif irəli sürüb

İraqın

İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani müsəlman ölkələrinə edilən hücumlara qarşı NATO-ya bənəzr kollektiv təhlükəsizlik yanaşması ilə cavab verilməsinə çağırıb.

APA “Al Jazeera"yə istinadən xəbər verir ki, o, Dohada keçirilən Ərəb-İslam sammitində Ərəb-İslam komitəsi yaradılmasını təklif edib.

Sudani tədbirdə iştirak edən nümayəndələri Qətərə edilən hücumu qınamağa və Qəzzada atəşkəs üçün ətraflı yol xəritəsi tərtib etməyə çağırıb.

“İsraili dayandıra bilməsək, bu, qeyri-stabilliyi daha da artıracaq və heç bir tərəf üçün təhlükəsizlik gətirməyəcək”, - İraqın Baş naziri vurğulayıb.

Chosen
31
3
xalqcebhesi.az

4Sources