EN

"Hazırda heç bir yerdə çalışmıram, işsizəm" - AKTRİSA - VİDEOMÜSAHİBƏ

"Hazırda heç bir yerdə çalışmıram, işsizəm" - AKTRİSA - VİDEOMÜSAHİBƏSonxeber.az-ın "Həftənin qonağı" rubrikasında məhdudiyyətləri sənətə çevirən aktrisa Ülviyyə Qarayeva ilə həmsöhbət olduq.

"Hələlik serial və filmlərə dəvətlər çox olmur. Əvvəllər bəzi layihələrdə çəkilmişəm. Onlardan biri Heydər Əliyev Fondunun dəstəyi ilə inklüzivlik mövzusunda çəkilən film idi. Digər film isə görkəmli rejissor Rasim Ocaqov haqqında olmuşdu. Amma mütəmadi olaraq serial və film dəvətləri almıram. Ümid edirəm ki, gələcəkdə rejissorlarımız bacarıqlarımı dəyərləndirib, məni də yeni layihələrə dəvət edəcəklər. Boyu mənim kimi olan aktrisalar çox azdır və düşünürəm ki, bizim səhnə performansımız tamaşaçılar üçün daha maraqlı və diqqətçəkən ola bilər. Hazırda işsizəm. Teatrlara da işlə bağlı müraciət etmişəm, amma vakansiya olmadığını bildiriblər. Təəssüf ki, indiyədək heç bir geri dönüş almamışam".

Müsahibənin tam versiyasını YouTube kanalımızda izləyə bilərsiniz:

"Hazırda heç bir yerdə çalışmıram, işsizəm" - AKTRİSA - VİDEOMÜSAHİBƏ
Vüsalə İbrahimli

Chosen
27
sonxeber.az

1Sources