Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Gürcüstanıninvestisiya şirkəti “Silk Road Group Holding LLC”nin 2030-cu ildəödənilməsi nəzərdə tutulan 400 milyon dollarlıq təminatsızistiqrazlarına yekun uzunmüddətli “BB-” reytinqi verib.
Trend bu barədə“Fitch Ratings” istinadən xəbər verir.
“İstiqrazların reytinqi “BB-” səviyyəsində, pozitiv proqnozlamüəyyən edilib ki, bu da emitentin defolt reytinqinə uyğundur,alətin bərpa reytinqi isə “RR4” səviyyəsində təsbit olunub.
İstiqrazlar təminatsız öhdəliklər formasında buraxılır, cəlbedilən vəsaitlər isə mövcud borcların, o cümlədən törəməşirkətlərin borclarının yenidən maliyyələşdirilməsinə, həmçininşirkətin likvidliyinin gücləndirilməsinə yönəldiləcək. “Fitch” qeydedir ki, “Silk Road”ın reytinqinə təsir göstərən əsas amillərdəyişilməz olaraq qalıb”,- məlumatda bildirilir.
Məlumata görə, reytinqlər “Silk Road”ın Gürcüstanda dayanıqlıbazar mövqelərinə malik ikinci ən böyük telekommunikasiya operatoru“Silknet”ə sahib olmasını, habelə dəbdəbəli otellər və kazinolarseqmentində mənfəətli biznesini əks etdirir.
Qeyd olunur ki, bu istiqamətlər sabit daxili pul axınıformalaşdırır və agentliyin proqnozlarına görə, şirkətin torpaqsahələrində yeni tikililərin maliyyələşdirilməsi üçün yetərliolacaq.