EN

Türkiyənin məşhur aktyoru intihara cəhd etdi

Türkiyənin məşhur aktyoru, "Geniş Aile" serialında canlandırdığı "Cevahir" obrazı ilə tamaşaçıların sevgisini qazanan Ufuk Özkanın intihara cəhd etdiyi iddia olunub.


Pravda.az bu barədə "Haber Global"a istinadla xəbər verir.


Bildirilir ki, aktyor Beşiktaşdakı evində özünə qəsdə cəhd edib və təcili şəkildə xəstəxanaya aparılıb.


Məlumatda qeyd olunur ki, hazırda Özkan həkimlərin nəzarəti altındadır.


Qeyd edək ki, bir müddət əvvəl aktyor qaraciyər çatışmazlığı səbəbindən xəstəxanada müalicə almış, hətta orqan köçürülməsi üçün gözləyənlərin siyahısına daxil edilmişdi. Səhiyyə Nazirliyi də bu prosesə müdaxilə etmişdi. Lakin dərman müalicəsi nəticəsində o, transplantasiyaya ehtiyac qalmadan sağlamlığına qovuşmuşdu.

Tarix: 15 Sentyabr 2025, 17:36   
Chosen
22
2
pravda.az

4Sources