EN

"Azərkosmos" və BƏƏ şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik("Azərkosmos") və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "SS CreativeSolutions FZE" şirkəti arasında yeni əməkdaşlıq müqaviləsiimzalanıb.

Trend"Azərkosmos"a istinadən xəbər verir ki, bu, Niderland KrallığınınAmsterdam şəhərində keçirilən dünyanın ən iri media, peyk və yayımtexnologiyaları sərgi-konfranslarından biri olan “IBC 2025”çərçivəsində baş tutub.

Müqaviləyə əsasən, Pakistan ərazisində televiziya yayımılayihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsindəvideo yayımı (video distribution) xidmətləri Azərkosmosun peykresursları vasitəsilə təmin olunacaq.

Peyk xidmətləri, texnologiya, innovasiya və yayım sahələriniəhatə edən bu beynəlxalq platformada 170 ölkədən 50 mindən çoxnümayəndə iştirak edib. Azərkosmos da bu nüfuzlu tədbirdə iştirakedərək öz məhsul və xidmətlərini təqdim edib.

Sərgi iştirakçılarına Azərkosmosun Afrika regionunda 10 illikfəaliyyəti, eləcə də yüksək sürətli və etibarlı rabitə imkanlarıtəqdim edən “Azconnexus” məhsulu haqqında ətraflı məlumatverilib.

Tədbir çərçivəsində Azərkosmos nümayəndələri müxtəlif ölkələrdənolan sənaye tərəfdaşları ilə bir sıra ikitərəfli biznes görüşlərivə işgüzar müzakirələr keçirib. Bu görüşlər peyk və yayımtexnologiyaları sahəsində əməkdaşlığın daha da genişləndirilməsiistiqamətində yeni imkanlar yaradıb.

Chosen
22
4
az.trend.az

5Sources