EN

Mərkəzi Bank İƏİT-nin Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə üzv oldu

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) sosial inkişafı və maliyyəinklüzivliyinin genişləndirilməsini dəstəkləmək məqsədilə maliyyəsavadlılığının artırılması istiqamətində beynəlxalq əməkdaşlıqəlaqələrinin genişləndirilməsini davam etdirir. Bu çərçivədənövbəti təşəbbüs Mərkəzi Bankın İqtisadi Əməkdaşlıq və İnkişafTəşkilatının Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə (İƏİTBMSŞ)tamhüquqlu üzv qismində qoşulması olub.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Bildirilib ki, bu üzvlük çərçivəsində Mərkəzi Bank şəbəkənin“Maliyyə savadlılığı standartları: tətbiqi və qiymətləndirilməsi”,“Rəqəmsal maliyyə savadlılığı” və “Maliyyə savadlılığı və davamlımaliyyə” üzrə işçi qruplarında iştirak etmək, beynəlxalq səviyyədəhazırlanan siyasət sənədlərinin işlənməsi prosesinə birbaşa cəlbolunmaq, həmçinin mövcud siyasət sənədləri bazasına çıxış əldəetmək hüququ qazanıb. Bununla da, Mərkəzi Bank qabaqcıl təcrübələrvə yanaşmalarla mütəmadi tanış olmaq imkanından yararlanacaq.

Vurğulanıb ki, qeyd edilənlər Mərkəzi Banka maliyyə savadlılığıproqramlarını beynəlxalq standartlara uyğun şəkildə tətbiq etməyə,məlumat əlçatanlığının təmin olunmasına və ümumilikdə maliyyəinklüzivliyinin genişləndirilməsinə töhfə verəcək.

Qeyd edək ki, İƏİTBMSŞ dünyada maliyyə təhsili məsələləri üzrətənzimləyicilər və digər iştirakçılar arasında əməkdaşlığı təşviqedən bir platformadır. Bu şəbəkə tərəfindən beynəlxalq səviyyədəmüqayisə edilə bilən məlumatlar toplanır, siyasət təhlili aparılırvə siyasət alətləri hazırlanır.

Məqalədə:
Chosen
10
14
az.trend.az

10Sources