EN

Samuxda "VAZ" mağazaya çırpıldı - 4 nəfər yaralandı

 Samuxda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Missiya.Az "Unikal"a istinadən xəbər verir ki, hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı mağazaya çırpılıb. Qəza zamanı sürücü F.Həsənov və 3 nəfər xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

Chosen
20
3
missiya.az

8Sources