EN

Türkiyəli məşhur aktyor xəstəxanaya yerləşdirildi

Türkiyəli aktyor Ufuk Özkanın intihar cəhdi səbəbilə xəstəxanaya qaldırıldığı iddia olunub.

Paralel.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, son vaxtlar qaraciyər çatışmazlığı xəstəliyi ilə gündəmdə olan aktyorun vəziyyətinin yaxşı olduğu bildirilib. Müalicə altına alınan Özkanın hazırda vəziyyəti stabildir.

Qeyd edək ki, ötən il aktyor yaşadığı sağlamlıq və maliyyə problemlərini “Kirayəmi belə çətinliklə ödəyirəm” sözləri ilə ifadə etmişdi.

Həmidə İbrahimova

Chosen
29
1
paralel.az

2Sources