EN

Əhməd Məsud: “Tacikistan heç vaxt Əfqanıstanda müharibənin tərəfdarı olmayıb”

Yazını böyüt
Yazını kiçilt

Əfqanıstan Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud İranın “İrof” telekanalına müsahibəsində Tacikistanla mövcud əlaqələrdən danışıb, onların Əfqanıstanın iradəsini əks etdirən inklüziv hökumətin formalaşdırılması ideyası ətrafında qurulduğunu vurğulayıb.

Hafta.az-ın yazdığına görə, Əhməd Məsud deyib: “Tacikistan heç vaxt Əfqanıstanda müharibə və zorakılığın tərəfdarı olmayıb və indi deyil. Onun mövqeyi legitim hökumətin bərpası və həqiqi sülhün bərqərar edilməsi səylərini dəstəkləməkdir. Ölkə liderləri həmişə problemlərin dialoq və danışıqlar yolu ilə həlli zərurətindən çıxış ediblər və bu gün də eyni mövqeyə sadiqdirlər. Bu, bizim də mövqeyimizdir”.

O, “Taliban”ın fəaliyyətindən, əvvəlki müqavimətlə indiki müqavimət arasındakı fərqlərdən danışıb, Tacikistanın mövqeyində mümkün dəyişikliklər və “Taliban”a münasibətdə yumşalma ilə bağlı fikirlərini bölüşüb.

Əhməd Məsudun sözlərinə görə, Milli Cəbhənin Tacikistan və regionun digər dövlətləri ilə münasibətləri Əfqanıstanın inklüziv hökumətə ehtiyacı olduğu anlayışına əsaslanır. O. bir sıra ölkələrin “Taliban”la əməkdaşlığını tənqid edib: “Taliban”ın siyasətindən dörd il ərzində onlar nə əldə ediblər, su, yoxsa təhlükəsizlik?”. O qeyd edib ki, “Taliban” dialoqu rədd edir və yalnız tabeçiliyi tanıyır.

“Biz istənilən yerdə danışıqlara hazırıq, amma dialoqdan qorxan “Talibandır”, - o deyib.

“Taliban” Kabildə hakimiyyətə gəldikdən sonra Tacikistan açıq şəkildə inklüziv hökumətin qurulmasında israr etdi və Əhməd Məsud, onun bir neçə tərəfdarı və əvvəlki hökumətin keçmiş üzvlərinə Düşənbədə yaşamağa icazə verdi. Bu addım “Taliban”ı qəzəbləndirdi, lakin son illərdə Düşənbə ilə Kabil arasında münasibətlər bir qədər yumşalıb.

Ölkələr arasında ticarət kəsilməyib: Tacikistan elektrik enerjisi tədarükünü davam etdirir, Əfqanıstanın Xoroqdakı konsulluğu “Taliban” nümayəndəsinə təhvil verilib, mediada iki ölkənin təhlükəsizlik və kəşfiyyat orqanlarının qarşılıqlı səfərləri barədə məlumatlar yayılıb.

Chosen
17
hafta.az

1Sources