EN

Terrorçu erməninin arxasında duranlar tezliklə ifşa ediləcək

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xankəndidə baş verən hadisənin hansısa bir erməninin törətməyə cəhd etdiyi terror hadisəsi kimi yox, planlı şəkildə Qarabağ ərazisində qalaraq azərbaycanlılardan qisas almaq fikri olan bir residist erməninin hərəkəti kimi dəyərləndirmək lazımdır. Məsələ ondadır ki, bu erməninin cavan yaşlarından Azərbaycana qarşı əməliyyatlarda iştirak edən erməni olduğu şübhəsizdir. Amma onun tayları Qarabağı tərk etdiyi halda onun burda qalması şəxsi təşəbbüsü ola bilməz. Görünən odur ki, onun burda qalmasını bağlı olduğu kəşfiyyat dairələri və ya Ermənistan daxilindəki keçmiş rejimə bağlı ünsürlərdən kimlərsə tələb edib. İndi isə ona bu terror əməlini törətmək əmri verilib, xüsusən də, Azərbaycan Prezidentinin Xankəndidə olduğu bir vaxtda. Hesab edirəm ki, bu məsələ tezliklə araşdırılacaq və terrorçu erməninin arxasında dayanan qüvvələr ifşa olunacaq. Bunun nəticəsində də Ermənistan hakimiyyəti onlara qarşı hüquqi tədbirlər görəcək. Əgər bu terror əməlini törədənlər Ermənistandan çıxsalar, Azərbaycan onların Azərbaycana ekstradisiya edilməsini tələb edə bilər.Azər Qasımov, ƏHD Partiyasının sədrinin müşaviri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
1
newscenter.az

2Sources