EN

ABŞ İranın uranın zənginləşdirilməsi üzrə bütün imkanlarını ləğv etməkdə israrlıdır

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ hesab edir ki, İran öz nüvə proqramını inkişaf etdirməyi tamamilə dayandırmalı və uranın zənginləşdirilməsi üzrə bütün imkanlarını ləğv etməlidir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransının 69-cu növbəti sessiyasının plenar sessiyasında çıxışı zamanı ABŞ-ın energetika naziri Kris Rayt deyib.

"İranın MAQATE-yə qarşı şəffaflığın olmaması və nüvə eskalasiyası qəbuledilməzdir. İranın nüvə proqramı, o cümlədən uranın zənginləşdirilməsi üzrə bütün imkanlar tamamilə ləğv edilməlidir".

"İran öz öhdəliklərinə uyğun olaraq MAQATE ilə tam əməkdaşlıq etməli və müfəttişlərə narahatlıq doğuran bütün ərazilərə giriş imkanı verməlidir", - deyə nazir qeyd edib.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
2
icma.az

3Sources