AZ

ABŞ İranın bütün nüvə proektlərini dayandırmağı tələb edir

Birləşmiş Ştatlar hesab edir ki, İran nüvə proqramının inkişafını tamamilə dayandırmalı və uranın zənginləşdirilməsi üzrə bütün obyektləri sıradan çıxarmalıdır.

Herbiand.az xəbər verir ki, bunu Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransının 69-cu növbəti sessiyasının plenar sessiyasında çıxışı zamanı ABŞ-ın energetika naziri Kris Rayt deyib.

"İranın MAQATE-yə qarşı şəffaflığın olmaması və nüvə eskalasiyası qəbuledilməzdir. İranın nüvə proqramı, o cümlədən bütün uranın zənginləşdirilməsi obyektləri tamamilə ləğv edilməlidir".

Kris Rayt bildirib ki, İran öz öhdəliklərinə uyğun olaraq MAQATE ilə tam əməkdaşlıq etməli və narahatlıq doğuran bütün obyektlərə giriş icazəsi verməlidir.

Seçilən
19
2
herbiand.az

3Mənbələr