EN

Qərbi Azərbaycan İcması Qərbi Azərbaycan TV ilə bağlı məlumat yaydı

ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Bir sıra saytlarda Qərbi Azərbaycan İcması (QAİ) və Qərbi Azərbaycan TV ilə bağlı həqiqətə uyğun olmayan məlumat dərc edilib.

 İcmadan Mia.az-a bildirilib ki, həmin yazıda ictimaiyyətə yanlış təsəvvür formalaşdırmağa yönəlmiş ifadələrə yer verilib:

"Yazıda adıkeçən "Qərbi Azərbaycan İcması (TV)" adlı heç bir təşkilat mövcud deyil. Burada məqsədli şəkildə ad təhrif olunaraq, İcma ilə bağlı olmayan səhifələr üzərindən çaşqınlıq yaratmağa cəhd edilir. Qərbi Azərbaycan TV yayımlarında İcmanın rəsmi loqosundan istifadə edir. Təəssüf ki, sosial şəbəkələrdə eyni adda, lakin rəsmi olmayan səhifələr mövcuddur və həmin saytlar da mənbəni araşdırmadan o səhifənin paylaşımını əsas götürərək ictimaiyyəti yanlış məlumatlandırıb".

QAİ belə süni münaqişələrə cəlb olunmasını yolverilməz hesab etdiyini vurğulayıb:

"Bu kimi addımlar həm ictimai rəyə zərər vurur, həm də milli maraqlarımıza xələl gətirir. Ona görə də  media qurumlarını məsuliyyətli olmağa, milli maraqlara zərbə vuran təhriflərdən və yanlış təqdimatlardan çəkinməyə çağırırıq.

Qərbi Azərbaycan İcmasının mövqeyi aydındır: biz milli birliyimizi zəiflədən, məqsədli şəkildə qarışıqlıq yaradan hər hansı addımı qətiyyətlə pisləyirik. Rəsmi məlumat və xəbərlər yalnız Qərbi Azərbaycan İcmasının təsdiqlədiyi kanallar və səhifələr vasitəsilə yayımlanır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
19
mia.az

10Sources