EN

“Azercell” şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir

Abunəçilərinə ən yüksək müştəri təcrübəsi təqdim etməyi hədəfləyən "Azercell Telekom" MMC şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi istiqamətində görülən işlərin nəticələrini açıqlayıb. Hazırda 5 milyondan çox abunəçiyə xidmət göstərən şirkətin ölkə üzrə coğrafi əhatə dairəsi 95%, əhali əhatəsi isə 98,4% təşkil edir.

Texnoloji yeniliklər və infrastruktur layihələri çərçivəsində “Azercell” 2024-cü ilin yanvarından 2025-ci ilin avqustunadək ölkə üzrə ümumilikdə 700-dən çox baza stansiyanı müasir texnologiyalarla təchiz edərək təkmilləşdirib. Artan data trafikini optimallaşdırmaq və abunəçilərin ehtiyaclarını qarşılamaq məqsədilə ilə Bakı, Abşeron və Sumqayıtda 124, regionlarda isə 215 olmaqla ümumilikdə 339 yeni baza stansiyası istifadəyə verilib. “Azercell”in həyata keçirdiyi tədbirlər nəticəsində şirkətin LTE baza stansiyalarının sayı 3700-ü ötüb.

Dünyada internet sürətinin ölçülməsi üzrə aparıcı və ən etibarlı platforma olan Ookla Speedtest-in məlumatına əsasən, “Azercell” 91.1 Mbps nəticə ilə avqust ayında ölkənin ən sürətli mobil operatoru olub.

Qeyd edək ki, şəbəkənin optimallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2024-cü ilin yanvar–2025-ci ilin avqust aylarını əhatə edən dövrdə ölkə üzrə mobil internet sürətində 71.6%-lik artım qeydə alınıb.

Qarabağ bölgəsində innovativ şəbəkə infrastrukturunun qurulmasına xüsusi diqqət ayıran Azercell hazırda həmin ərazilərdə 208 baza stansiyası vasitəsilə yüksək keyfiyyətli mobil rabitə xidməti təqdim edir.

Şirkət həmçinin ESG strategiyası çərçivəsində ölkədə daha dayanıqlı, sağlam və yaşıl gələcəyin qurulmasına töhfə verməyi əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. 2024-cü ildə respublika üzrə "yaşıl" baza stansiyalarının sayını 37-yə çatdıran “Azercell” karbon emissiyasının azaldılması və təmiz enerji resurslarının təşviqi istiqamətində mühüm nəticələr əldə edib.

"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədinə sadiq qalan “Azercell” bütün ölkə üzrə şəbəkə infrastrukturunun modernləşdirilməsi və onun dayanıqlılığının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Chosen
31
16
axar.az

10Sources