EN

Soyuq yeməkdə ciddi təhlükə yoxdur, isti və yağlı yeməkdə polietilenin qida ilə təması arzuolunan deyil

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Polietilen ən sadə və ən çox istifadə olunan plastik materiallardan biridir. Qida qablaşdırmalarında, paketlərdə, hətta bəzi birdəfəlik boşqab və stəkanlarda da məhz onun növləri işlədilir”.

Bu sözləri qida eksperti Fərid Səfərov Bizimyol.info portalına açıqlamasında deyib.

Fərid Səfərov

Fərid Səfərov qeyd edib ki, soyuq yeməklərdə ciddi təhlükə yoxdur, amma isti və yağlı yeməklərdə polietilenin qida ilə təması arzuolunan deyil: “Polietilen adətən zəhərli olmayan, qida ilə təmas üçün təhlükəsiz sayılan plastikdir (xüsusən də “food grade” işarəsi olan məhsullar). Soyuq və otaq temperaturunda yeməklərə demək olar ki, polietilendən zərərli maddə keçmir. İsti və yağlı yeməklərə (plov, şorba, yağlı qızartmalar) temperatur artdıqca və yağlılıq olduqca polietilendən bəzi miqdarda maddələrin keçməsi mümkündür. Əgər örtük çox nazikdirsə və ya keyfiyyətsiz istehsaldırsa, qoxu və kimyəvi maddə keçməsi ehtimalı daha yüksəkdir.

Mikroplastiklərin qida ilə qarışması - kəsilən, cızılan və ya istilikdən əriməyə başlayan polietilen hissəcikləri yeməyə düşə bilər. Saxta və ya ucuz plastiklər - bəzi məhsullara qatqılar (rəngləndiricilər, yumşaldıcı maddələr) əlavə olunur ki, bunlar qidaya keçdikdə sağlamlığa zərərli ola bilər. Soyuq yeməklərdə ciddi təhlükə yoxdur, amma isti və yağlı yeməklərdə polietilenin qida ilə təması arzuolunan deyil. Uzunmüddətli vərdiş kimi istifadə etmək sağlamlıq üçün riskli ola bilər. Boşqabı polietilen örtüklə örtmək tövsiyə olunmur. Sağlam qidalanaraq sağlam yaşayın”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
bizimyol.info

1Sources