EN

Azərbaycanda sənaye sektoruna yatırılan investisiyalar 7%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitalayönəldilmiş investisiyalardan sənaye sektoruna 4,654 milyard manatsərf olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəkigöstərici ilə müqayisədə 7,2% çoxdur.

Eyni zamanda hesabat dövründə mədənçıxarma sənayesinə 3,086milyard manat (2,3% çox), emal sənayesinə 349,6 milyon manat (62,7%az), elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi vətəchizatına 1,094 milyard manat (3,7 dəfə çox), su təchizatı;tullantıların təmizlənməsi və emalı sektoruna isə 124,1 milyonmanat (37,8% çox) ayrılıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 11,374 milyard manat və ya 2024-cü ilinmüvafiq dövrü ilə müqayisədə 0,2 faiz az investisiya yönəldilib.Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faizazalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmiisə 8 faiz artıb. Ümumi sərmayənin 5,800 milyard manatı və ya 51faizi məhsul istehsalı sahələrinin, 3,820 milyard manatı (33,6faizi) xidmət sahələrinin, 1,754 milyard manatı (15,4 faizi) isəyaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 52,3faizi dövlət, 47,7 faizi qeyridövlət sektorunun sərmayədarlarıtərəfindən qoyulub. Sərmayə qoyuluşunun 79 faizi tikinti-quraşdırmaişlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmişinvestisiyanın dəyəri ümumi sərmayənin 77 faizini təşkil edib.

Məqalədə:
Chosen
53
1
az.trend.az

2Sources