EN

Bakıda keçiriləcək BMT tədbiri ilə bağlı Əməliyyat Şirkəti yaradılıb

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçirilməsi ilə əlaqədar Əməliyyat Şirkəti yaradılıb.

Operativ Media xəbər verir ki, WUF13 Azərbaycan Əməliyyat Şirkəti dövlət qeydiyyatına alınıb.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin qanuni təmsilçi vəzifəsinə Məmmədov Adil Aydın oğlu təyin olunub. 

Xatırladaq ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) gələn il 18-22 may tarixlərində Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 

Bu ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev WUF13-ün keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. 

Həmin vaxt Təşkilat Komitəsinə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirmək və əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görmək tapşırılıb. (hiperlink) 

Bunu da oxu: Bakıda keçiriləcək WUF13 nədir?

Chosen
17
operativmedia.az

1Sources