EN

Berni Ekklstoundan “Maklaren”ə ağır ittiham - “Onlar daim ədalətdən danışırlar, ancaq...”

“Formula-1”in sabiq rəhbəri Berni Ekklstoun İtaliya mərhələsinin sonunda “Maklaren” rəhbərliyinin Oskar Piastriyə 2-ci yeri komanda yoldaşı Lando Norrisə qaytarmaqla bağlı əmr verməsini sərt şəkildə qınayıb.

Xatırladaq ki, finişə az qalmış 2-ci yerdə gedən Norris pit-stopa gedərkən çox vaxt itirdi, belədə o, Piastridən geri düşdü. Ancaq komandanın rəhbərliyi avstraliyalı pilotdan Norrisi özündən irəli buraxmağı tələb etdi. Belədə Lando sonda 2-ci, Oskar 3-cü yeri tutdu. Ekklstounun bu qəribə əmrlə bağlı dedikləri:
“Onlar daim ədalətdən danışırlar. Ancaq komanda səhvinə görə Piastrinin cəzalanması ədalətlidimi? Yox! Belə təəssürat yaranmağa başlayır ki, “Maklaren” rəhbərliyi məhz Lando Norrisi “Formula-1” üzrə dünya çempionatının qalibi görmək istəyir. Asta pit-stoplar, mühərrik və asqı nasazlıqları kimi səhvlər o qədər də çox olmur, ancaq bunlar da idmanın bir hissəsidi”.
“Maklaren” rəhbərliyi bu dəfə Norrisi irəli salsa da, Piastri hələ də fərdi zaçotda liderdi.
Chosen
7
1
football-plus.az

2Sources