AZ

Berni Ekklstoundan “Maklaren”ə ağır ittiham

ain.az, Footbal-plus saytına istinadən bildirir.

“Formula-1”in sabiq rəhbəri Berni Ekklstoun İtaliya mərhələsinin sonunda “Maklaren” rəhbərliyinin Oskar Piastriyə 2-ci yeri komanda yoldaşı Lando Norrisə qaytarmaqla bağlı əmr verməsini sərt şəkildə qınayıb. Xatırladaq ki, finişə az qalmış 2-ci yerdə gedən Norris pit-stopa gedərkən çox vaxt itirdi, belədə o, Piastridən geri düşdü. Ancaq komandanın rəhbərliyi avstraliyalı pilotdan Norrisi özündən irəli buraxmağı tələb etdi. Belədə Lando sonda 2-ci, Oskar 3-cü yeri tutdu. Ekklstounun bu qəribə əmrlə bağlı dedikləri:

“Onlar daim ədalətdən danışırlar. Ancaq komanda səhvinə görə Piastrinin cəzalanması ədalətlidimi? Yox! Belə təəssürat yaranmağa başlayır ki, “Maklaren” rəhbərliyi məhz Lando Norrisi “Formula-1” üzrə dünya çempionatının qalibi görmək istəyir. Asta pit-stoplar, mühərrik və asqı nasazlıqları kimi səhvlər o qədər də çox olmur, ancaq bunlar da idmanın bir hissəsidi”.

“Maklaren” rəhbərliyi bu dəfə Norrisi irəli salsa da, Piastri hələ də fərdi zaçotda liderdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr