EN

Bakıda ilk olaraq bu ərazilərə yenidən qurulma üçün investisiya qoyulacaq

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Baş nazir Əli ƏsədovunSərəncamı ilə Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətindəstrateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrəİşçi qrupu yaradılıb.

Trend xəbərverir ki, Sərəncamda İşçi qrupun vəzifələri dəmüəyyənləşdirilib.

Belə ki, İşçi qrup investorlar tərəfindən İqtisadiyyat Nazirliyivə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vasitəsilə İşçi qrupatəqdim olunan şəhərsalma investisiya layihələrinə baxılmasını vəilkin qiymətləndirilməsini həyata keçirməlidir.

Qrup şəhərsalma investisiya layihələrinin icrası çərçivəsindəaidiyyəti dövlət orqanları (qurumları) tərəfindən müvafiq icazəsənədlərinin verilməsi istiqamətində fəaliyyətinəlaqələndirilməsini təmin etsin, yenidən qurulacaq ərazilərdəköçürülmə prosesinin həyata keçirilməsinə və layihələrdən irəligələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət etməlidir.

İşçi qrup ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında,Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşənərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olanərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsindərazılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasınınhəyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şəraityaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrininşərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirləringörülməsini təmin etməlidir.

Chosen
26
2
az.trend.az

10Sources