"Sərhədçi" heyətini legioner basketbolçu ilə gücləndirib.


Bu barədə Rekord.az-a klubdan məlumat verilib.


Paytaxt təmsilçisi ABŞ-dən olan oyunçu Xari Brodveylə anlaşıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. 


Brodveyin son klubu NCAA ikinci divizionunda mübarizə aparan "Minot State University" klubu olub.