EN

Bakı Atatürk Liseyində bayram coşqusu - FOTOLAR

Yeni tədris ilinin ilk günü Nuru Paşa və silahdaşları da anıldı

Sentyabrın 15-də Türk Dünyası Bakı Atatürk Liseyinin hər iki filialında Bakının bolşevik və erməni işğalından azad edilməsinin 107-ci ildönümü, həmçinin, 2025-2026-cı tədris ilinin açılışı münasibətilə geniş tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, məktəb rəhbərliyinin va şagirdlərin iştirakı ilə keçirilən mərasimlər şəhidlərin, o cümlədən Nuru Paşa və silahdaşlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, daha sonra Azərbaycanın dövlət himni və Türkiyənin İstiqlal marşının oxunması ilə başlayıb.

Mərasimdə çıxış edən liseyin müdiri Eylem Gültekin “Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi olaraq 2025-2026-cı tədris ilinə də böyük həyəcanla başlayırıq. Şagird sayını və təhsilin keyfiyyətini hər keçən il daha da artırırıq” deyib.

Liseyin əldə etdiyi uğurların qürurverici olduğunu deyən E.Gültekin hər il universitetlərə qəbul olan məzunların sayının daha da artdığını bildirib: “2024-2025-ci tədris ilinin yekununda da çox gözəl nəticələr əldə etdik. Çoxlu sayda məzunumuz Türkiyədə yüksək bal toplayaraq tələbə adını qazandı. Bu da çox önəmlidir. Bunlar bizə qürur və mənəvi güc verir”.

Lisey müdiri 15 sentyabrın həm də Bakının daşnak-boşevik işğalından azad olunmasının 107-ci ildönümü olduğunu xatırladıb: “1918-ci ilin 15 sentyabrı da Azərbaycanın, Türkiyənin və ümumilikdə rürk dünyasının tarixinə qızıl hərflərlə yazılıb. Bu gün biz burada yeni tədris ilinə başlayarkən Nuru Paşa və silahdaşlarının xatirəsini də ehtiramla anırıq”.

Sonra liseyin şagirdlərinin ifasıda həm təhsilə, həm Türkyə-Azərbaycan qardaşlığına, həm də Bakının işğaldan azad edilməsinə həs olunmuş şeir və mahnılar səsləndirilib, rəqslər ifa edilib.

Chosen
28
3
bakivaxti.az

4Sources