EN

“Azərişıq” ASC Saatlı və Sabirabadın elektrik təsərrüfatını yeniləyir

BAKI, 15 sentyabr. TELEQRAF

Saatlının Hacıqasımlı, Kamallı kəndlərində 0.4 və 10 kV-luq elektrik şəbəkələri tamamilə yeniləyib.

“Azərişıq” ASC-dən Teleqraf-a verilən məlumata görə, görülən işlər çərçivəsində 0.4 kV-luq metal dayaqlar əkilib, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilib. Adı çəkilən kəndlərin hər birində 6 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb.

Saatlının Nabatkənd, Çolpı, Nərimankənd, Musalı, Əlisoltanlı və Dəllər kəndlərində də layihə üzrə elektrik şəbəkələri yenilənib. Sözügedən kəndlərdə ümumilikdə 50-dək yeni güc mərkəzi yaradılıb.

Sabirabadın Əhmədabad kəndində 0.4 və 10 kV-luq köhnəlmiş dayaqlar yeni metal dayaqlarla əvəz olunur. Həmçinin 0.4 kV-luq ÖİN kabel xətti çəkilir, sayğaclar yenilənir. Kənddə 9 ədəd müasir tipli KTM-in quraşdırılması nəzərdə tutulub.

Saatlı və Sabirabad rayonları da daxil olmaqla ümumilikdə Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 18 kənddə yenidənqurma işləri aparılır.

Məlumata görə, Şirvan RETSİ ilə yanaşı “Azərişıq” ASC ölkənin bütün regionlarında əsaslı təmir və quruculuq işlərini davam etdirir. Görülən işlər vətəndaşların fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Chosen
8
20
teleqraf.com

10Sources