EN

Levandovski və Rafinyadan unikal nailiyyət: Bunu onlardan əvvəl heç kim bacarmayıb

İspaniyada La Liqanın 4-cü turu çərçivəsində keçirilən oyunda "Barselona" evdə "Valensiya" üzərində 6:0 hesablı qələbə qazanıb.

Publika.az xəbər verir ki, kataloniyalıların qollarını dubl edən Fermin Lopes, Rafinya və Robert Levandovski vurub. Sonuncular meydana sonradan - müvafiq olaraq 45-ci və 68-ci dəqiqələrdə daxil olublar.

Jurnalist Aleksis Blaskesin məlumatına görə, La Liqa tarixində ilk dəfə olaraq bir oyunda əvəzlənərək meydana daxil olan iki futbolçu eyni matçda dubla imza atıb.

Chosen
24
publika.az

1Sources