EN

“QHT-lərin Vl İnkişaf və Mübadilə Proqramı” elan olunub

Yazını böyüt
Yazını kiçilt

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ictimai birliklərin inkişafına dəstək məqsədilə “QHT-lərin Vl İnkişaf və Mübadilə Proqramı”nı elan edib.

Hafta.az xəbər verir ki, proqram üzrə təlimlər oktyabrın 18-19-da Şuşa şəhərində keçiləcək, oktyabrın 20-də isə Xankəndi şəhərinə səfər təşkil olunacaq. Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.

Seçimdə üstünlük verilir:

- ilk dəfə iştirak edənlərə;

- QHT-də layihə yazılması üzrə məsul şəxslərə;

- QHT fəaliyyəti ilə yeni məşğul olanlara;

- Regionlarda fəaliyyət göstərən QHT-lərə;

- Xarici dil bilgisi olan şəxslərə (ingilis dili).

Təlimdə iştirak üçün mərhələlər:

1. Təlimdə iştirak üçün aşağıda qeyd olunan sorğu sentyabrın 30-u saat 23:59-a kimi cavablandırılaraq Agentliyə göndərilir;

2. Daxil olan məlumatlar Agentlik tərəfindən təhlil edilir və sorğunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçilir;

3. İlkin mərhələdən keçmiş şəxslərlə müsahibələr təşkil olunur.

Təlimdə iştirak üçün onlayn sorğu: https://forms.gle/nohQrRzpDjC7VJsX8

Qeyd:

- Daha əvvəl QHT-lərin İnkişaf və Mübadilə Proqramlarına qoşulan şəxslər bu təlimdə iştirak edə bilməzlər,

- Təlimdə hər QHT-dən yalnız 1 nəfər təmsil oluna bilər.

Chosen
6
4
hafta.az

5Sources