ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 15 sentyabr, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ictimai birliklərin inkişafına dəstək məqsədilə “QHT-lərin Vl İnkişaf və Mübadilə Proqramı”nı elan edib.
AZƏRTAC xəbər verir ki, proqram üzrə təlimlər oktyabrın 18-19-da Şuşa şəhərində keçiləcək, oktyabrın 20-də isə Xankəndi şəhərinə səfər təşkil olunacaq. Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.
Seçimdə üstünlük verilir:
- ilk dəfə iştirak edənlərə;
- QHT-də layihə yazılması üzrə məsul şəxslərə;
- QHT fəaliyyəti ilə yeni məşğul olanlara;
- Regionlarda fəaliyyət göstərən QHT-lərə;
- Xarici dil bilgisi olan şəxslərə (ingilis dili).
Təlimdə iştirak üçün mərhələlər:
1. Təlimdə iştirak üçün aşağıda qeyd olunan sorğu sentyabrın 30-u saat 23:59-a kimi cavablandırılaraq Agentliyə göndərilir;
2. Daxil olan məlumatlar Agentlik tərəfindən təhlil edilir və sorğunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçilir;
3. İlkin mərhələdən keçmiş şəxslərlə müsahibələr təşkil olunur.
Təlimdə iştirak üçün onlayn sorğu: https://forms.gle/nohQrRzpDjC7VJsX8
Qeyd:
- Daha əvvəl QHT-lərin İnkişaf və Mübadilə Proqramlarına qoşulan şəxslər bu təlimdə iştirak edə bilməzlər,
- Təlimdə hər QHT-dən yalnız 1 nəfər təmsil oluna bilər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.