EN

Ermənilər Trampın 145 milyon dollarlıq yardıma ağız büzürlər...


Mətləb Salahov: “USAİD-in “dollar bulağına” öyrəşən ermənilər ABŞ-ın 145 milyon dollarına qəpik-quruş kimi baxırlar”

“USAİD-in onlara hər il xərclədiyi yüz milyon dollarlara öyrəşmiş ermənilər, Donald Tramp Administrasiyasının onlara ayırdıqları 145 milyon dollara ağız büzür, sosial şəbəkələrin erməni seqmentində sanki amerikalıların onların dədələrinə borcu varmış kimi etiraz edirlər. Maraqlıdır ki, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun rəhbəri Brendan Hanrahanın İrəvana bir neşə gün öncəki səfərində Ermənistana 145 milyon dollar ayrılacağı haqda bəyanatı erməni cəmiyyətində QHT və ictimai fəallar tərəfindən də birmənalı qarşılanmayıb. ABŞ rəsmisi ermənilərin özünə də bəyan edib ki, Konqreslə əməkdaşlıq çərçivəsində Ermənistana 145 milyon dollar ayrılacaq. Bu, "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" təşəbbüsü və avqustun 8-də onunla bağlı əldə olunmuş müvafiq razılaşmalar çərçivəsində maliyyənin ilk tranşıdır. Onun sözlərindən aydın olur ki, bu vəsait ticarət, infrastruktur, kritik vacib mineralların tədarük zəncirləri və transsərhəd təhlükəsizliyin təmin edilməsinə investisiyaların dəstəklənməsi üçün ayrılacaq. Amma ermənilər ənənəvi qaraçılıqları ilə məşğuldurlar.”
Bu fikirləri “Yenifikir.media"ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, ənənəvi erməni xisləti bütün zamanlarda və bütün situasiyalarda özünü açıq-aydın ortaya qoyur. "Diqqət edin: xüsusilə sosial şəbəkələrdə,Teleqram kanallarında bu məbləğ haqda müxtəlif rəylər var. Erməni fəallar narazıdırlar ki, niyə qapıları bağlanmış USAİD-in ermənilərə vəd etdiyi 250 milyon dollar deyil, 145 milyon verilir. Bunlar cəmiyyət olaraq artıq əsl dilənçilik düşüncəsi ilə yaşayırlar. Bir tərəfdən “Niyə Nikol Paşinyan erməniləri düz yola gətirə bilmir?” sualının cavabını erməni cəmiyyətinin bu tipli ənənəvi xəstəlik düşüncəsində axtarmaq lazım gəlir. Bunların genetik xəstəliyi heç zaman düzələn deyil. Bundan əvvəlki erməni hakimiyyətləri daima Qərbdəki təxribat “institutlarından” və aktiv erməni diasporundan hər il yüz milyonları ciblərinə dürtüşdürürdülər.
Amma D.Tramp o “dollar bulağını” bağlayandan sonra indi 145 milyon dollarlıq investisiya təyinatlı yardımı ermənilərə “qəıpik-quruş” görünür. Maraqlıdır ki, keçmiş hakimiyyət nümayəndələri – hansı ki, illər boyu xaricdən gələn yardımları ciblərinə dürtüblər – məhz onlar bu 145 milyonluq yardımın N.Paşinyanın komandası tərəfindən talanacağını deyirlər. Bu yerdə yaxşı deyiblər ki, "kor-kora kor deməsə bağrı çatlar"...

Namiq Quliyev

Chosen
45
baki-xeber.com

1Sources