EN

Şuşada “QHT-lərin Vl İnkişaf və Mübadilə Proqramı” elan olunur

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ictimai birliklərin inkişafına dəstək məqsədilə “QHT-lərin Vl İnkişaf və Mübadilə Proqramı”nı elan edir.

QHT.az xəbər verir ki, Proqram üzrə təlimlər 18-19 oktyabr 2025-ci il tarixlərində Şuşa şəhərində keçiləcək, oktyabrın 20-də isə Xankəndi şəhərinə səfər təşkil olunacaq.

Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.

Seçimdə üstünlük verilir:

- ilk dəfə iştirak edənlərə;

- QHT-də layihə yazılması üzrə məsul şəxslərə;

- QHT fəaliyyəti ilə yeni məşğul olanlara;

- Regionlarda fəaliyyət göstərən QHT-lərə;

- Xarici dil bilgisi olan şəxslərə (ingilis dili).

Təlimdə iştirak üçün mərhələlər:

1. Təlimdə iştirak üçün aşağıda qeyd olunan sorğu 30 sentyabr 2025-ci il saat 23:59-a kimi cavablandırılaraq Agentliyə göndərilir;

2. Daxil olan məlumatlar Agentlik tərəfindən təhlil edilir və sorğunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçilir;

3. İlkin mərhələdən keçmiş şəxslərlə müsahibələr təşkil olunur.

Təlimdə iştirak üçün onlayn sorğu:

https://forms.gle/nohQrRzpDjC7VJsX8

QEYD:

- Daha öncə QHT-lərin İnkişaf və Mübadilə Proqramlarına qoşulan şəxslər bu təlimdə iştirak edə bilməzlər,

- Təlimdə hər QHT-dən yalnız 1 nəfər təmsil oluna bilər.

Chosen
32
4
qht.az

5Sources