EN

Rusiya ilə Çin buğdanı avtomobillə dəyişirlər

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

1990-cı illərdən bəri ilk dəfədir ki, Rusiyanın xarici ticarətində barter geniş vüsət alır. Sanksiyalardan yan keçməyə çalışan şirkətlər buğdanı Çin avtomobilləri, kətan toxumunu isə tikinti materialları ilə dəyişdirirlər.Reyting.az “Reuters”ə istinadla bildirir ki, barter üsulunun qaytarılması Ukraynadakı müharibənin Moskvanın ticarət əlaqələrini pozduğunu, Sovet İttifaqının dağılmasından 30 il sonra Rusiyanın Qərblə iqtisadi inteqrasiyasının başlanğıcını qoyduğunu göstərir.Xatırladaq ki, 2024-cü ildə Rusiya İqtisadiyyat Nazirliyi 14 səhifəlik “Xarici Ticarət Barter Əməliyyatları üzrə Bələdçi” nəşr edib. Bu kitabda bizneslərə sanksiyalardan yayınmaq üçün bu üsuldan necə istifadə etmələri tövsiyə olunur. Hətta barter mübadiləsi kimi fəaliyyət göstərəcək ticarət platforması yaratmaq təklifi irəli sürülür.Rusiya-Asiya Sənayeçilər və Sahibkarlar İttifaqının Baş Şurasının katibi Maksim Spaski agentliyə bildirib ki, barterin artması de-dollarizasiya, sanksiyalar təzyiqi və tərəfdaşlar arasında likvidlik problemlərinin əlamətidir.O hesab edir ki, barter həcmlərinin daha da artacağı ehtimalı var.Ticarət mənbəsi bildirib ki, sistem Rusiya banklarının dollar və avro ilə ticarətini kəsən sanksiyalardan yan keçməyə kömək edir.Üç analitik qeyd edib ki, barter miqyasının mümkün göstəricisi 2025-ci ilin birinci yarısında 7 milyard dollara çatan mərkəzi bankın xarici ticarət statistikası ilə gömrük məlumatları arasında artan uyğunsuzluqdur.Şərh sorğusuna cavab olaraq Rusiya gömrük xidməti müxtəlif ölkələrlə barterin “geniş çeşiddə mallar üzrə” aparıldığını təsdiqləyib. Bununla belə, qeyd edib ki, xarici ticarət müqavilələrinin ümumi həcmi ilə müqayisədə barter əqdlərinin sayı cüzidir.Jurnalistləri öz mənbələri vasitəsilə öyrəniblər ki, sövdələşmələrdən birində Çin avtomobilləri buğdaya dəyişdirilib. Bundan əlavə, daha iki sövdələşmədə kətan toxumu müxtəlif mallara, o cümlədən Çindən gətirilən məişət texnikası və tikinti materiallarına dəyişdirilib.Rusiyanın xarici ticarəti ilə tanış olan ekspertlər bu ölkənin Ural vilayətinin gömrük xidməti tərəfindən 2024-cü il bəyannaməsində qeydə alınan kətan sövdələşmələrindən birinin təxminən 100 min dollar dəyərində olduğunu bildiriblər. Digər sövdələşmələrdə metallar avtomobil müqabilində Çinə göndərilib.V. QULİYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
reyting.az

2Sources