EN

Səfərbərlik Xidmətinin bu istəyi baş tutmadı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, sürtkü yağlarının alınması və əlaqədar xidmətlərin göstərilməsi ilə bağlı elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, müvafiq qərarı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

 

Buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

 

Tenderdə nəzərdə tutulan məbləğ 196 021 AZN olub.

 

Cabir

Tarix: 15 Sentyabr 2025, 12:40   
Chosen
47
pravda.az

1Sources