EN

Rune rusiyalı qızlar üçün sinov gedir

Rusiyalı tennisçi Anna Kalinskaya “First&Red” portalına müsahibəsində danimarkalı Holger Runenin onu bir neçə dəfə görüşə çağırdığını bildirib:
“Əvvəllər tennisçilər məni tez-tez görüşə çağırırdı. İndi bir qədər yaşlanmışam. Bəzilərinin heç şansı yoxdu, yazmasalar, yaxşıdı. Kimsə mənə təxminən 10 dəfə yazdı, ardından təslim oldu. Bu Holger Rune idi, o, hər kəsə yazır. Rune özü haqda hədsiz yüksək fikirdədi”.
26 yaşlı Kalinskaya WTA reytinqinin 32-ci pilləsində qərarlaşıb. 22 yaşlı Rune isə ATP reytinqində 11-ci yerdədi. Maraqlıdı ki, bir müddət əvvəl digər rusiyalı tennisçi Veronika Kudermetova da oxşar açıqlama vermişdi:
“Yaxınlarda Rune yazmışdı. Ona dedim ki, “cavan oğlan, mən sənin üçün hədsiz yaşlıyam, sosial şəbəkə hesabıma baxıbsansa, həyat yoldaşımın olduğunu görübsən”. O isə üzr istədi və bir daha yazmadı”.
28 yaşlı Veronika sabiq tennisçi, indi isə məşqçi kimi çalışan Sergey Demexinin həyat yoldaşıdı.
Chosen
19
1
football-plus.az

2Sources