EN

Kramatorsk mərkəzinə Rusiya bombardmanı: 9 yaralı

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Rusiya qüvvələri sentyabrın 14-də axşam saatlarında Kramatorsk şəhərinin mərkəzinə üç FAB-250 bombası ilə zərbə endirib.

Bakıvaxt.az bu barədə "Ukrinform"a istinadla xəbər verir.

Bildirilib ki, hadisə nəticəsində 9 nəfər yaralanıb və onlara tibbi yardım göstərilir.

Kramatorsk Şəhər Hərbi Administrasiyasının rəhbəri Oleksandr Honçarenko bütün əlaqədar xidmətlərin zərər görən ərazilərdə təmizlik işlərini apardığını bildirib.

Qeyd edək ki, eyni gündə Donetsk vilayətindən 109-u uşaq olmaqla 1001 nəfər təxliyə edilib.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
bakivaxti.az

1Sources