EN

Vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinin sayı azalıb

2025-ci ilin avqustunda  Azərbaycanda vergi orqanlarına 30 343 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,9 % azdır. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, daxil olmuş müraciətlərdən 93 %-i ərizə, 6,9 %-i şikayət, 0,1 %-i təklif olub. Müraciətlərin 69,5 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 30,5 %-i isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 64,9 %-i həll olunub, 33,8 %-i ilə bağlı müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Həll olunmuş 91 faktiki şikayət, əsasən, kameral vergi yoxlamaları, vergi borcu, vergi mükəlləfiyyətləri, sosial sığorta ödənişləri və digər məsələlərlə bağlı olub.

Ötən ay Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 65 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.

Chosen
34
6
anews.az

8Sources