EN

Növbəti Su-34 təyyarələri Rusiya Hava-Kosmik Qüvvələrinə təhvil verilib

“Birləşmiş Aviasiya Korporasiyası” (UAC) Su-34 qırıcı-bombardmançı təyyarələrinin növbəti partiyasını Rusiya Hava-Kosmik Qüvvələrinə təhvil verib.

“Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verir ki, yeni Su-34-lər lazımi zavod və uçuş sınaqlarından keçdikdən sonra xidmət yerlərinə uçublar.

“UAC müəssisələri döyüş təyyarələrinin istehsalında yüksək tempi sabit şəkildə qoruyur və Hava-Kosmik Qüvvələri qarşısında götürülən öhdəlikləri vaxtında yerinə yetirir. Cari ay təhvil verilən təyyarələrin sayına görə rekord göstərici ilə seçilir. Zavodlarımızın əməkdaşları aviasiya texnikasının qoşunlara tədarükünün əhəmiyyətini dərk edərək, yalnız lazım olan istehsal həcmini təmin etmir, həm də istehsal proseslərini daim təkmilləşdirirlər ki, Müdafiə Nazirliyinin tapşırıqları ilə yanaşı, digər istehsal proqramlarını da təmin etmək üçün daha böyük həcmdə təyyarə istehsal olunsun», – deyə UAC-nin baş direktoru Vadim Badexa bildirib.

Chosen
24
poliqon.az

1Sources