EN

Rusiya Rumıniyadakı dron insidentini Ukraynanın təxribatı hesab edir

Rusiyanın Rumıniyadakı səfirliyi dron insidentinə münasibət bildirib.

APA xəbər verir ki, səfirlik Rusiyaya məxsus dronun Rumıniya hava sahəsini pozmasını Ukraynanın təxribatı adlandırıb.

Səfir Vladimir Lipayev Rusiyanın insidentə görə günahlandırılmasını əsassız adlandırıb.

“Bütün faktlar onu göstərir ki, bu Kiyev rejimi tərəfindən törədilmiş məqsədyönlü bir təxribatdır”, - Rusiya səfirliyinin bəyanatında qeyd olunub.

Qeyd edək ki, dünən Rusiyaya məxsus dronun Rumıniya hava sahəsini pozmasından sonra, Rusiya səfiri Vladimir Lipayev Rumıniya Xarici İşlər nazirliyinə çağırılıb.

Chosen
19
5
apa.az

6Sources