EN

Bütün dünyada "Starlink" xidmətində problemlər yaşanıb

Ukrayna cəbhə xəttinin bütün istiqamətlərində "Starlink" peyk internetinin işində ciddi fasilələr qeydə alınıb.

Bu barədə Ukrayna ordusunun Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brodi "Telegram" kanalında məlumat yayıb.

Ancaq xidmətin fəaliyyətindəki fasilələr təkcə Ukraynada deyil, həmçinin ABŞ, İtaliya, Polşa və digər ölkələrdə də müşahidə olunub.

"Downdetector" platformasının hesabatına görə, tək ABŞ-dən 40 mindən çox istifadəçi "Starlink"də nasazlıqlar barədə şikayət edib. Bu, son ayların ən böyük fasilələrindən biri kimi qiymətləndirilir.

Məlumata əsasən, şikayət edənlərin 60%-i internet sürətində və işində problem, 39%-i tam rabitə kəsilməsi, 1%-i isə şəbəkəyə qoşulma ilə bağlı çətinlik yaşadıqlarını bildirib.

"Starlink" şirkəti rəsmi saytında yayımladığı açıqlamada avadanlıqların işində fasilə yarandığını təsdiqləyib.
Chosen
24
2
7news.az

3Sources